Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyanın iclası keçirilib - FOTO

20.06.2019 11:48
113
Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyanın iclası keçirilib - FOTO

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclası bu gün Bakıda keçirilib.


İclas Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub.


Görüş zamanı tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planı qəbul ediblər (report).


İclasın nəticələrini əks etdirən Protokola uyğun olaraq, Birgə Komissiyanın işçi qrupu tərəfindən cari ilin iyul-oktyabr aylarında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yerləri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq, eləcə də dövlət sərhəd xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq.


Birgə Komissiyanın növbəti iclasının Rusiyada keçirilməsi nəzərdə tutulur.


Xatırladaq ki, öncəki iclas yazda keçirilmişdi.






Ekspress.az

  • SON XƏBƏR
  • TREND