"Twitter" yenə çökdü


12.07.2019 09:28
48
"Twitter" yenə çökdü

Bütün dünyada istifadəçilər Twitter mikrobloq şəbəkəsinin işində problem yarandığından şikayət edirlər.


Ekspress.az xəbər verir ki, Bakı vaxtı ilə 22.30-dan başlayaraq, sosial şəbəkənin nə web-versiyası, nə də smartfon üçün olan proqramları normal çalışır. Bir çox hallarda Twitter sadəcə olaraq, açılmır. 


Şirkət problemi etiraf edib və əlavə məlumatlar verəcəyini bildirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND