İngiltərə mərkəzi bankı faizi dəyişdirmədi

07.02.2019 22:42
161
İngiltərə mərkəzi bankı faizi dəyişdirmədi

İngiltərə Bankı ilkin faiz dərəcəsini 0,75% səviyyəsində saxlamağa qərar verib.


Bu barədə “Gazeta.ru” məlumat yayıb.


Məlumata görə, bankın aktivlərini satın almaq üçün xərcləyə biləcəyi vəsaitin 435 milyard funt məbləğindəki limiti də əvvəlki kimi saxlanılıb.


Eyni zamanda bank ölkədə 2019-cu ildəki ÜDM artımına dair proqnozunu əvvəlki 1,7%-dən 1,2%-dək azaldıb (Report).


Daha əvvəl İngiltərə Bankı Venesuela Prezidenti Nikolas Maduroya 1,2milyard dollarlıq qızıl külçə verməkdən imtina edib. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND