• 10 °C Bakı
  • 6 °C Quba
  • 10 °C Gəncə
  • 10 °C Yevlax
  • 11 °C Naxçıvan

Prezident sözünün ağası olduğunu isbat edə bilir

07.02.2019 15:55
231
Prezident sözünün ağası olduğunu isbat edə bilir

Öz toplumunu sevən bir prezident gerçəkdən nə etməlidirsə, İlham Əliyev onu edir. Xalqına ehtiramı olan bir liderin üzərinə mənəvi tələblər, əxlaqi dəyərlər hansı məsuliyyəti qoyursa, İlham Əliyev o məsuliyyətə nümunəvi cavab verir. Son addımları ilə bir daha...



Kimsə görmür, kimsə kölgə salır, kimsə yanlış yozumlar verməyə çalışır, bu, artıq başqa məsələdir. Yəni, ya siyasi rəqabətdən doğur, qısqanclıqdan yaranır, ya onu kəskin tənqid etməklə siyasi xal qazanmağa çalışılır və s.


Həqiqətsə onu deyir ki, Azərbaycan prezidentinin cəmiyyətlə, ölkəsinin vətəndaşları ilə bağlı ardıcıl son addımları ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılanmağa layiqdir və qarşılanır.


Əvvəlcə narazı düşmüş şəhid ailələrinin qarşısına çıxıb, problemləri birbaşa dinləmək istəyi, sonra Şamaxıya zəlzələdən zərər yaşamış insanların yanına, həm mənəvi dəstək, həm ortaya çıxan məsələlərin həlli üçün yerində tapşırıqlar vermək qərarı hamı tərəfindən maraqla izlənilir və xeyli müsbət rəylər, xoş fikirlər qazanır.


Ölkənin birinci şəxsi hər məsələnin arxasınca birbaşa özü düşməyə məsul deyil; hər dairənin qarşısına çıxmaya, hər problem nöqtəsinə getməyə də bilər, çünki ətrafında tapşırıq verəcək, nəticəni istəyəcək onlarla adam var.


Lakin görünür ki, İlham Əliyev vətəndaşı ilə təmasa özü maraqlıdır. İnsanlarla söhbətin, dərdləşmənin cəmiyyətdə gözəl təəssürat doğurmasından çıxış edərək, görünür, həm də özü onların yanında olmaqdan zövq alır, məmnunluq duyur, bu baxımdan xalqından uzaq düşməməyə çalışır. Bir lider bütün gücünü xalqdan qeyri kimsədən ala bilməz. Ala bilmədiyi üçün daim onun ağrı-acısının, onun xeyrinə olan qərarların yanında dayanmalıdır. İlham Əliyev kimi...


Bir günün, bir saatın içərisində xalqın ümumi sərvəti olan meşəni xalqın əlindən alırdılar. Xalqın ümumi sərvətdən yararlanmaq haqqını prezident anındaca onun özünə geri qaytardı.


Əslində belə jestlər, belə birbaşa təmaslar çox vacibdir, çünki istənilən bir addımın yanlışlığının, bir qərarın səhv olmasının zərbəsi onu hazırlayanlardan qabaq gedib prezidentə dəyir. Haqsız olsada. Yaxşı ki dövlət başçısının qanunla müəyyən qərarlara qarşı çıxmaq kimi bir səlahiyyəti var; yaxşı ki, ictimai rəyi izləyən, hesablaşan bir dövlət başçısı var! Yoxsa insanlara kənardan olan təhriklər, bəzilərinin xalqı əzən qərarları, kobud rəftarlar vətəndaşla prezidentin arasına qalın bir sədd çəkmiş olardı. İlham Əliyevin sadəliyi, ktitik məsələlərdə önə çıxması, müdaxilə etməsi bu cəhdləri hər zaman puça çıxır.


O, verdiyi sözün “ Mən hər bir vətəndaşın prezidentiyəm” şəxsi şüarının ağası olduğunu həssaslığında, tərbiyəvi davranışlarında dönə-dönə isbat edə bilir!