Çində 14 barmağı olan uşaq əməliyyat olunub - FOTO


24.05.2019 20:22
142
Çində 14 barmağı olan uşaq əməliyyat olunub - FOTO

Çinin Şenyanq şəhərinin tibb kollecinin xəstəxanasında anadangəlmə 14 barmağı olan 3 yaşlı qız əməliyyat olunub.


Ekspress.az xəbər verir ki, hər əlində 7 barmağı olan uşağın artıq barmaqları hər iki əlində böyük barmağın yerində, sol əlində həmin artıq barmaqların ikisi bir-birinə yapışmış, sağ əlində isə ayrı-ayrı bitib.


Qızı əməliyyat edən cərrah Can Jie hər iki əldə iki artıq barmağın olmasını son dərəcə nadir hal kimi dəyərləndirib (report).


Yerli mənbələr isə qızın ailəsində həmin qüsurun beş nəsil boyu qeydə alındığını, lakin imkansızlıq səbəbindən həkimə getmədiklərini söyləyib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND