Ərdoğanın hücum əmri erməniləri ayağa qaldırdı


08.10.2019 14:33
90
Ərdoğanın hücum əmri erməniləri ayağa qaldırdı

Türkiyənin ABŞ-ı Fəratın şərqindən geri çəkməsi və Dövlət Baxçalının atdığı tvitə görə üzr istəməsi ABŞ-dakı erməni lobbisini narahat edib.


Ekspress.az xəbər verir ki, erməni diasporasının soyqırımı iddiaları üçün Senat ilə yaxın münasibətləri olan Erməni Milli Komitəsi (ANCA) ABŞ-ın Türkiyə qarşısında geri addım atmasına görə Tramp Administrasiyasına od püskürüb.


Komitə rəsmi tvitter hesabından ABŞ-ın Gizlı Xidməti, FTB və Vaşinqton Polis Departamentini işarələyərək bəzi paylaşımlar edib.


"Türkiyə 2003-cü ildə İraqa qarşı şimal cəbhəsini əngəlləməkdən 2017-ci ildə Vaşinqonda amerikalıları döyməyə qədər ən son nə zaman ABŞ-dan bir şey üçün üzr istədi” sualları onminlərlə izləyicisi olan hesabda paylaşılan tvitlər arasındadır. (axar)


Ekspress.az