UNO-dan tapılan yadplanetli meyiti yardılar - HEYRƏTAMİZ FOTO

05.07.2019 22:10
64
UNO-dan tapılan yadplanetli meyiti yardılar - HEYRƏTAMİZ FOTO

"Alien Autopsy", yəni yadplanetlinin yarılması adlı video çarx 17 dəqiqəlikdir və ilk dəfə 1995-ci ildə ictimaiyyətə göstərilib.


Ekspress.az xəbər verir ki, 17 dəqiqəlik video çarxı Londondan olan sahibkar Rey Santilli "FOX" kanalına təqdim edib. İlk dəfə bu kadrları görən insanlar şoka düşüblər. Onlar video çarxın saxta olub olmadığı barədə müzakirələrə başlayıblar. Tədqiqatçılar kadrlarda bir neçə uyğunsuzluq aşkar etdilər. Santilli bildirib ki, Rozuelldə qəzaya uğrayan UNO-dan tapılan yadplanetlinin meyiti alimlər tərəfindən yarılıb. Kadrlar isə saxta deyil.


Amma 2006-cı ildə Santilli bildirdi ki, onun filmi orijinal yox, 1992-ci ildə əlinə düşən kino lentin səhnələşdirilmiş versiyasıdır (olke.az). Orijinal çarxdan isə bir neçə kadr istifadə edilib. Amma bunun hansı kadrlar olduğunu Santilli deməyib.


Reyin sözlərinə inanmaq olar. Çünki yadplanetlinin meyitinin yarılması barədə kadrlar olduğunu bir nəfər də demişdi. Bu şəxs alim yox, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı idi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND