Mingəçevirdə ehtiyat su anbarının yaxınlığında yanğın başlayıb


19.06.2019 21:00
63
Mingəçevirdə ehtiyat su anbarının yaxınlığında yanğın başlayıb

Mingəçevir şəhərində ehtiyat su anbarının yaxınlığında yanğın başlayıb. 


Bu barədə Ekspress.az -a yerli sakinlər məlumat verib. 


Bildirilib ki, Bozdağın ətəklərində başlayan yanğın su bəndinə doğru hərəkət edir. 

Hadisə yerinə Mingəçevir şəhər dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub (report).

 

Faktla bağlı araşdırma aparılır. 


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND