• 19 °C Bakı
  • 14 °C Quba
  • 20 °C Gəncə
  • 18 °C Yevlax
  • 18 °C Naxçıvan

Samir Şərifov: “Problemli kreditlərlə bağlı bütün əsas məsələlər həllini tapıb”

14.03.2019 11:58
185
Samir Şərifov: “Problemli kreditlərlə bağlı bütün əsas məsələlər həllini tapıb”


“Problemli kreditlərin qaytarılması ilə hər hansı problem görünmür”.


Bunu maliyyə naziri Samir Şərifov bildirib. Maliyyə naziri deyib ki, şübhəsiz ki, əhalinin müəyyən sualları var:


“Ona görə də Maliyyə Nazirliyində müvafiq "Qaynar xətt" yaradılıb, Maliyyə Bazarlarına Nəzarət Palatasının onlayn, real vaxt rejimində xüsusi kalkulyatoru var (ONA). Bu kalkulyatorla hər kəs problemli kreditlərlə bağlı hansı həcmdə kompensasiya alacağını hesablaya bilər. Problemli kreditlərlə bağlı bütün əsas məsələlər həllini tapıb”.


Nazir qeyd edib ki, problemli kreditlərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla iş aparır, kreditlərin həcmi, sayı dəqiqləşdirilir.


Fərmana əsasən, martın 15-də Azərbaycanda fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmi (qaydası), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi üçün ayrılmış müddətin başa çatmasına gəlincə, maliyyə naziri deyib ki, bu mexanizm praktiki hazırdır, müvafiq təşkilatlar tərəfindən razılaşdırılıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND