Bakıda qız özünü 8-ci mərtəbədən atıb öldü

10.10.2019 17:17
156
Bakıda qız özünü 8-ci mərtəbədən atıb öldü

Bakıda 26 yaşlı qız intihar edib.


Ekspress.az -ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 9-u gecə saat 04 radələrində baş verib. Şabran rayon sakini olan 1993-cü il təvəllüdlü Aysel Talıblı Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən 14 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib.


İlkin məlumata görə, A.Talıblının intihar etdiyi ev özünün yaşadığı mənzil olmayıb.


Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Ekspress.az