Azər­bay­can di­as­po­ru­nun məs­kun­laş­ma coğ­ra­fi­ya­sı

07.12.2018 19:33
522
Azər­bay­can di­as­po­ru­nun məs­kun­laş­ma coğ­ra­fi­ya­sı

Azər­bay­can di­as­po­ru­nun dün­ya öl­kə­lə­rin­də for­ma­laş­ma­sı qə­dim ta­ri­xə söy­kə­nir. Bu ba­xım­dan di­as­po­run for­ma­laş­ma ta­ri­xi bir ne­çə mər­hə­lə­yə bö­lü­nür:


- Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sı­nın ilk mər­hə­lə­si VII əs­rin so­nu - VIII əs­rin əv­vəl­lə­ri­nə tə­sa­düf edir.

- Di­as­po­ru­mu­zun in­ki­şa­fın­da ikin­ci mər­hə­lə X və XIX əsr­lə­ri əha­tə edir.

- Di­as­po­ru­mu­zun for­ma­laş­ma­sı­nın son­ra­kı mər­hə­lə­lə­ri öl­kə­mi­zin rus, son­ra­dan so­vet im­pe­ri­ya­sı tə­rə­fin­dən iş­ğal olun­ma­sı, bi­rin­ci və ikin­ci dün­ya mü­ha­ri­bə­lə­ri, SSRİ-nin sü­qu­tun­dan son­ra Av­ro­pa öl­kə­lə­rin­də azər­bay­can­lı­la­rın ye­ni nə­sil­lə­ri­nin məs­kun­laş­ma­sı ilə əla­qə­dar­dır.


Eks­pert­lər bil­di­rir­lər ki, dün­ya azər­bay­can­lı­la­rı­nın döv­lə­ti­mi­zin in­ki­şa­fı is­ti­qa­mə­tin­də səy­lər gös­tər­mə­si XX əs­rin or­ta­la­rın­da bir sı­ra hal­lar­da mü­şa­hi­də olu­nur­du. Be­lə ki, öl­kə­mi­zin SSRİ-nin tər­ki­bin­də ol­ma­sı, si­ya­si ideo­lo­gi­ya­nın fərq­li­li­yi döv­lət-di­as­por mü­na­si­bət­lə­ri­nin qu­rul­ma­sı­na ma­neə idi. Bu ba­xım­dan da Azər­bay­can di­as­po­ru­nun, əsa­sən, Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nin əl­də olun­ma­sı is­ti­qa­mə­tin­də fəa­liy­yət gös­tər­mə­si müs­tə­qil ol­ma­yan bir döv­lə­tin di­as­por­la əla­qə­lər qur­ma­sı­nı müm­kün­süz edir­di. Məhz bö­yük si­ya­si xa­dim Hey­dər Əli­ye­vin Azər­bay­can rəh­bər­li­yi­nə 1993-cü il­də ikin­ci də­fə qa­yıt­ma­sın­dan son­ra, öl­kə­mi­zin di­as­por­la bağ­lı va­hid döv­lət stra­te­gi­ya­sı mü­əy­yən­ləş­di ki, nə­ti­cə­də də di­as­por qu­ru­cu­lu­ğu Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət si­ya­sə­ti­nin prio­ri­tet is­ti­qa­mət­lə­rin­dən bi­ri­nə çev­ril­di.


Ye­ri gəl­miş­kən, təq­ri­bi sa­yı 50 mil­yon nə­fər olan dün­ya azər­bay­can­lı­la­rı­nın 10 mil­yon­dan ço­xu ha­zır­da mü­ha­ci­rət­də ya­şa­yır. Dün­ya­nın 5 qi­tə­sin­də məs­kun­la­şan soy­daş­la­rı­mı­zın si­ya­si, iq­ti­sa­di və so­si­al-mə­də­ni fəa­liy­yə­ti ya­şa­dıq­la­rı öl­kə­lər, ora­da­kı şə­ra­it, mə­nə­vi də­yər­lər ki­mi müx­tə­lif­dir ("Trend").


Mil­li Məc­li­sin de­pu­ta­tı Ni­za­mi Cə­fə­rov bil­di­rir ki, in­di­ki an­lam­da dün­ya azər­bay­can­lı­la­rı­nın bir­li­yi və həm­rəy­li­yi döv­lət müs­tə­qil­li­yi­mi­zin bər­pa­sın­dan son­ra rəs­mi si­ya­sət sə­viy­yə­sin­də dəs­tək­lə­nən aş­kar pro­se­sə çev­ri­lib: "Əs­lin­də isə, XX əsr­də qa­zan­dı­ğı­mız döv­lət müs­tə­qil­li­yi­ni he­çə en­dir­miş so­vet im­pe­ri­ya­sı­nın çö­kü­şü ərə­fə­sin­də Er­mə­nis­ta­nın Azər­bay­ca­na tə­ca­vü­zü­nün ya­rat­dı­ğı ümum­mil­li ağ­rı dün­ya­da ya­şa­yan soy­daş­la­rı­mı­zı da ayılt­mış və sil­kə­lə­miş, su­ve­ren­li­yin bər­pa­sı­na apa­ran yol­da ta­ri­xi və­tən ət­ra­fın­da həm­rəy­li­yi ar­tıq də­rə­cə­də ak­tu­al­laş­dır­mış­dır. Er­mə­ni hü­cum­la­rı­nın in­ten­siv­ləş­di­yi 1989-cu ilin son gün­lə­rin­də xal­qı­mı­zı iki ye­rə bö­lən sər­həd xət­ti­nin hər iki tə­rəf­dən sö­kül­mə­si cəh­di, 20 Yan­var­da Ba­kı­ya əsas­sız si­lah­lı mü­da­xi­lə təş­kil et­miş, küt­lə­vi qır­ğın tö­rət­miş so­vet rəh­bər­li­yi­nin qa­ni­çən­li­yi­nə qar­şı dün­ya­nın hər ye­rin­də soy­daş­la­rı­mı­zın küt­lə­vi eti­raz dal­ğa­sı bir­lik və həm­rəy­lik zə­ru­rə­ti­nin dərk olun­ma­sın­dan qay­naq­lan­mış­dı. Mü­şa­hi­də­lər gös­tə­rir ki, dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­li­yi­nə tə­kan ve­rən məhz Azər­bay­can döv­lət­çi­li­yi­ni göz­lə­yən təh­lü­kə ol­du. Er­mə­ni qəsb­kar­lı­ğı­na qar­şı mü­ba­ri­zə­də for­ma­la­şan hə­min həm­rəy­lik la­zı­mi miq­yas alıb tə­ləb olu­nan ef­fek­ti ver­mə­sə də, hər han­sı mil­li təh­lü­kə qar­şı­sın­da bir­ləş­mə­yin ilk bö­yük təc­rü­bə­si­ni ver­di. Eti­raf et­mək la­zım­dır ki, bu, sti­xi­ya­lı, iner­si­ya­lı bir həm­rəy­lik idi, hə­lə ideo­lo­ji məz­mun kəsb et­mə­miş­di. Bu­nun üçün bö­yük ideo­lo­gi­ya və hə­min məf­ku­rə ilə si­lah­lan­mış, ha­mı­lıq­la qə­bul edi­lən si­ya­si rəh­bə­rin xalq­la bir­li­yi la­zım idi. Dün­ya si­ya­sə­ti zir­və­sin­də yet­kin­ləş­miş və mə­tin­ləş­miş ümum­mil­li li­der Hey­dər Əli­yev dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­li­yi, mil­li bir­li­yi uğ­run­da mü­ba­ri­zə­yə res­pub­li­ka­ya - Nax­çı­va­na qa­yıt­dı­ğı ilk ay­lar­dan baş­la­mış­dı. 1991-ci il de­kab­rın 16-da Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Ali Məc­li­si o vaxt bu qu­ru­ma rəh­bər­li­yi öz üzə­ri­nə gö­tür­müş ulu ön­dər Hey­dər Əli­ye­vin bi­la­va­si­tə tə­şəb­bü­sü ilə əda­lət­siz im­pe­ri­ya ağa­lı­ğı­na qar­şı mil­li eti­raz ola­raq sər­həd­lə­rin küt­lə­vi şə­kil­də sö­kül­dü­yü de­kabr ayı­nın 31-ni Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü elan et­di. İlk ola­raq 1991-ci ilin 31 de­kab­rı Nax­çı­van­da müx­tə­lif öl­kə­lər­dən, xü­su­si­lə İran­dan, Tür­ki­yə­dən gəl­miş azər­bay­can­lı­la­rın iş­ti­ra­kı ilə bay­ram edil­di".


N.Cə­fə­rov qeyd edir ki, Nax­çı­van MR Ali Məc­li­si­nin bu ta­ri­xi qə­ra­rı o vaxt Azər­bay­can Res­pub­li­ka­sı Ali So­ve­ti tə­rə­fin­dən rəs­mən mü­da­fiə edil­sə də, bu ulu mə­ram­lı gün yal­nız hə­min qə­ra­rın mü­əl­li­fi ol­muş ümum­mil­li li­der Hey­dər Əli­yev 1993-cü il­də xal­qın tə­lə­bi ilə öl­kə rəh­bər­li­yi­nə qa­yı­dıb Pre­zi­dent se­çi­lən­dən son­ra ümum­xalq bay­ra­mı ki­mi qeyd edil­mə­yə baş­lan­dı: "Bö­yük rəh­bər bu­nun­la ki­fa­yət­lən­mə­yə­rək, xa­ri­ci öl­kə­lə­rə sə­fər­lə­rin­də azər­bay­can­lı­lar­la gö­rüş­mə­yə xü­su­si diq­qət ye­ti­rir, on­la­rın nə­zə­ri­nə çat­dı­rır­dı ki, for­ma­laş­maq­da olan Azər­bay­can döv­lə­ti­nin bü­tün azər­bay­can­lı­la­ra eh­ti­ya­cı var. Azər­bay­can xal­qı, əs­lin­də, ulu ba­ba­la­rı­mı­zın ta­ri­xən məs­kun­laş­dıq­la­rı Qaf­qaz­da­kı Şi­mal səd­di ilə Ya­xın Şər­qin qa­pı­sı­na­dək, Xə­zər­lə Qa­ra də­niz ara­sın­da­kı bü­töv və ge­niş əra­zi­də ay­rı-ay­rı tay­fa bir­lik­lə­ri­nin et­nik va­hid­li­yi­nin təs­di­qi ola­raq for­ma­laş­mış­dır. Bu əra­zi­də­ki si­ya­si qu­rum­lar da də­fə­lər­lə va­hid top­lum və döv­lət şək­lin­də bir­ləş­mə­yin zə­ru­ri­li­yi­ni ger­çək­ləş­dir­miş­lər. Xal­qın et­nik, so­si­al-si­ya­si mü­tə­şək­kil­lik sə­viy­yə­si­nə ta­ri­xən tə­sir gös­tə­rən bi­rin­ci cə­hət Azər­bay­can xal­qı­nın tə­şək­kü­lü pro­se­si­nin uzun sür­mə­si, müx­tə­lif dövr­lər­də, mər­hə­lə­lər­də Azər­bay­ca­na gə­lən (de­mə­li, bi­ri di­gə­rin­dən həm et­nik xa­rak­te­ri, həm də so­si­al-si­ya­si in­ki­şaf sə­viy­yə­si eti­ba­rı ilə fərq­lə­nən) türk et­nos­la­rın­dan təş­kil olun­ma­sı­dır. Azər­bay­can xal­qı­nın mil­li ta­ri­xi idea­lı əsr­lər bo­yu məs­kun­laş­dı­ğı et­nik coğ­ra­fi­ya­da özü­nə­məx­sus müs­tə­qil döv­lət qur­maq­dan, dün­ya bir­li­yi­nin bə­ra­bər­hü­quq­lu üz­vü ki­mi öz mə­də­niy­yə­ti­ni qo­ru­yub in­ki­şaf et­dir­mək­dən iba­rət­dir. Ar­tıq müs­tə­qil Azər­bay­can döv­lə­ti ya­şa­yıb in­ki­şaf edir, müx­tə­lif öl­kə­lər­də məs­kun­laş­mış mil­yon­lar­la azər­bay­can­lı Azər­bay­can döv­lə­ti­ni öz ta­ri­xi ide­al­la­rı­nın ifa­də­çi­si sa­yır. La­kin eti­raf et­mək la­zım­dır ki, Azər­bay­can döv­lə­ti­nin da­ha da yük­sə­li­şi­nə, həm­hü­dud re­gi­on­lar­da azər­bay­can­lı­la­rın əsr­lər bo­yu ya­şa­dıq­la­rı əra­zi­lər üzə­rin­də mü­əy­yən tə­si­rə ma­lik ol­ma­sı­na həm eh­ti­yac, həm də bö­yük im­kan­lar var".


Eks­pert­lə­rin fik­rin­cə, azər­bay­can­lı­la­rın ya­yıl­ma coğ­ra­fi­ya­sı­nın araş­dı­rıl­ma­sı və soy­daş­la­rı­mı­zın sa­yı­nın də­qiq­ləş­di­ril­mə­si ar­tıq zə­ru­rə­tə çev­ri­lib. XX əs­rin əv­vəl­lə­ri­nə qə­dər res­pub­li­ka­dan xa­ri­cə mü­ha­ci­rət edən soy­daş­la­rı­mı­zın şəx­siy­yət və­si­qə­lə­rin­də "rus tə­bəə­si" ya­zıl­ma­sı on­la­rın mil­liy­yə­ti­nin də "rus" ki­mi təq­dim edil­mə­si ilə nə­ti­cə­lə­nib. Bun­dan baş­qa, o dövr­lər­də qon­şu Ru­si­ya­ya kö­çən azər­bay­can­lı­lar "ta­tar", Tür­ki­yə­də məs­kun­la­şan­lar isə "Azər­bay­can tür­kü" ki­mi ta­nı­nır və qey­də alı­nır­dı. İran əra­zi­sin­də ya­şa­yan soy­daş­la­rı­mız isə "İran tə­bəə­si" ki­mi təq­dim olu­nur­du. Bü­tün bun­la­rın nə­ti­cə­si­dir ki, xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar rus, türk və fars di­as­por­la­rı­nın tər­kib his­sə­si ki­mi qə­bul edil­miş və soy­daş­la­rı­mız baş­qa xalq­la­rın di­as­por­la­rı içə­ri­sin­də as­sim­lya­si­ya olun­maq təh­lü­kə­si ilə üz­lə­şib­lər. Bü­tün bun­la­ra bax­ma­ya­raq soy­daş­la­rı­mız hər za­man öz mil­li mən­su­biy­yə­ti­ni, adət-ənə­nə­lə­ri­ni, mə­nə­vi-əx­la­qi də­yər­lə­ri­ni qay­ğı ilə qo­ru­yub sax­la­mış, ta­ri­xi Və­tən­lə əla­qə­lə­ri­ni itir­mə­yib­lər.


Onu da qeyd edək ki, azər­bay­can­lı­lar Ame­ri­ka qi­tə­si­nin Şi­mal, Mər­kə­zi və Cə­nub his­sə­sin­də da­ha çox məs­kun­la­şıb­lar. On­la­rın sa­yı Bir­ləş­miş Ştat­lar­da 1 mil­yo­na, Ar­gen­ti­na­da 12 mi­nə, Bra­zi­li­ya­da 75 mi­nə, Ka­na­da­da 170 mi­nə, Mek­si­ka­da isə 27 mi­nə ça­tır. Ey­ni za­man­da Ame­ri­ka qi­tə­si öl­kə­lə­rin­də Hon­du­ras, Qva­te­ma­la, Pe­ru və di­gər­lə­rin­də də soy­daş­la­rı­mız məs­kun­la­şıb­lar.

Azər­bay­can di­as­po­ru­nun ya­yıl­ma coğ­ra­fi­ya­sı və say tər­ki­bi­nə gö­rə ge­niş ol­du­ğu ikin­ci qi­tə Av­ro­pa­dır. Son za­man­la­rın sta­tis­tik gös­tə­ri­ci­lə­ri­nə əsas­la­nan, Av­ro­pa azər­bay­can­lı­la­rın sa­yı Tür­ki­yə­də və Ru­si­ya­da, mil­yon­lar­la, Uk­ray­na­da və Be­la­rus­da, Al­ma­ni­ya­da, Bö­yük Bri­ta­ni­ya­da  yüz­min­lər­lə, Nor­veç­də, Da­ni­mar­ka­da, İs­veç­də, Ma­ca­rıs­tan­da, Fran­sa­da, İta­li­ya­da on min­lər­lə, Pol­şa­da, İs­pa­ni­ya­da, Avs­tri­ya­da, Al­ba­ni­ya­da, Fin­lan­di­ya­da, Por­tu­qa­li­ya­da on min­dən çox gös­tə­ri­lir. Di­gər Qərb öl­kə­lə­rin­də məs­kun­laş­mış azər­bay­can­lı­la­rın sa­yı mü­va­fiq ola­raq hər bir öl­kə­də 2-10 min nə­fər ara­sın­da­dır. Hol­lan­di­ya, Bel­çi­ka, Da­ni­mar­ka, İs­veç­rə və Al­ma­ni­ya­da ya­şa­yan soy­daş­la­rı­mı­zın ək­sə­riy­yə­ti Tür­ki­yə­dən köç­müş azər­bay­can­lı­lar­dır. Bö­yük Bri­ta­ni­ya, Çe­xi­ya, Slo­va­ki­ya, Pol­şa, Avs­tri­ya, Es­to­ni­ya, Be­la­rus, Ru­si­ya, Uk­ray­na, Mol­do­va və Fran­sa­da­kı soy­daş­la­rı­mız isə İran­dan və Azər­bay­can Res­pub­li­ka­sın­dan kö­çən­lər­dir.


Azər­bay­can di­as­po­ru­nun üçün­cü bö­yük his­sə­si Asi­ya qi­tə­sin­də məs­kun­la­şıb. On­la­rın sa­yı Banq­la­deş­də, Hin­dis­tan, Əf­qa­nıs­tan, Pa­kis­tan, İor­da­ni­ya və Or­ta Asi­ya res­pub­li­ka­la­rın­da yüz min­lər­lə, İn­do­ne­zi­ya, Çin, Bir­ləş­miş Ərəb Əmir­lik­lə­rin­də, Oman, Səu­diy­yə Ərə­bis­ta­nı və Su­ri­ya­da on min­lər­lə, İraq­da isə təq­ri­bən bir mil­yo­na ça­tır.


Af­ri­ka qi­tə­sin­də məs­kun­laş­mış azər­bay­can­lı­la­rın sa­yı Mi­sir və Əl­cə­za­ir­də yüz­min­lər­lə, Su­dan­da 17 min nə­fər­dir. Ümu­mi­lik­də, son za­man­lar apa­rı­lan araş­dır­ma­lar nə­ti­cə­sin­də Cə­nu­bi Af­ri­ka Res­pub­li­ka­sı və Za­ir­də də soy­daş­la­rı­mı­zın məs­kun­laş­dıq­la­rı mü­əy­yən edil­miş­dir. Avs­tra­li­ya qi­tə­sin­də isə təx­mi­nən 10 mi­nə ya­xın azər­bay­can­lı­nın ya­şa­dı­ğı ba­rə­də mə­lu­mat­lar var.


Eks­pert Əlöv­sət Al­lah­ver­di­ye­vin fik­rin­cə, Azər­bay­can di­as­po­ru güc­lə­nir və ko­or­di­na­si­ya edil­miş şə­kil­də fəa­liy­yət gös­tə­rir. Bu gün Azər­bay­can di­as­po­ru xa­ri­ci öl­kə­lər­də tək­cə dər­nək­lər şək­lin­də de­yil, döv­lə­tin xa­ri­ci si­ya­sət or­qan­la­rı sə­viy­yə­sin­də fəa­liy­yət gös­tər­mə­yə ça­lı­şır. İna­nı­ram ki, ya­xın gə­lə­cək­də Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti is­tə­di­yi­miz sə­viy­yə­də ola­caq. Azər­bay­can di­as­po­ru­nun in­ki­şa­fı üçün xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mız da­ha fə­al ol­ma­lı­dır. Hər kəs öz fəa­liy­yə­ti ilə Azər­bay­can di­as­po­ru­nun in­ki­şa­fı­na tə­kan ver­mə­li­dir. Mə­lum­dur ki, fəa­liy­yət dai­rə­sin­dən, məş­ğu­liy­yə­tin­dən və di­ni eti­qa­dın­dan ası­lı ol­ma­ya­raq hər han­sı bir et­no­sa aid adam­la­rın mü­əy­yən za­man kə­si­yin­də öz ta­ri­xi və­tən­lə­rin­dən kə­nar­da məs­kun­laş­ma­la­rı və ic­ti­mai fəa­liy­yə­ti bi­la­va­si­tə di­as­po­run for­ma­laş­ma­sı ilə nə­ti­cə­lə­nir. Bü­tün hal­lar­da in­san­la­rı bəd­bəxt ha­di­sə­lər, qor­xu his­si bir­ləş­di­rir. Adi hal­da bu bir­ləş­mə, bir­gə fəa­liy­yət is­tə­ni­lən sə­viy­yə­də ol­mur. Ar­zu edər­dim ki, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın hər bi­ri Azər­bay­ca­nı­mı­zın in­ki­şa­fı üçün bir qi­sim hü­quq­la­rı­nı məh­dud­laş­dır­sın­lar. Av­ro­pa­nın çə­tin za­man­la­rın­da av­ro­pa­lı­la­rın be­lə bir de­vi­zi var idi. De­yir­di­lər ki, av­ro­pa­lı­lar Av­ro­pa­nın in­ki­şa­fı­nı is­tə­yir­sə, o za­man bir qi­sim hü­quq­la­rı­nı məh­dud­laş­dır­ma­lı­dır".


Azər­bay­can Res­pub­li­ka­sı­nın Efio­pi­ya Fe­de­ra­tiv De­mok­ra­tik Res­pub­li­kasg­nda föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri El­man Ab­dul­la­yev qeyd edir ki, Azər­bay­can və türk ic­ma­la­rı da­im bir yer­də fəa­liy­yət gös­tə­rir, on­la­rı ey­ni ma­raq bir­ləş­di­rir (fi­les.pres­lib.az). Onun söz­lə­ri­nə gö­rə, li­as­por hə­qi­qət­lə­ri­mi­zin çat­dı­rıl­ma­sın­da bö­yük uğur­la­ra im­za at­sa da, da­ha ef­fek­tiv iş apar­ma­ğa qa­dir­dir. "Yer­li rəs­mi­lər­lə iş apa­rıl­ma­sı, tə­mas­la­rın qu­rul­ma­sın­da hə­min öl­kə­lə­rin və­tən­daş­la­rı olan, di­as­po­ru­mu­zun tər­ki­bin­də fəa­liy­yət gös­tə­rən azər­bay­can­lı­lar da­ha ef­fek­tiv və çe­vik ola bi­lər. Hə­min öl­kə­lə­rin və­tən­daş­la­rı ol­duq­la­rı üçün - xü­su­si­lə ABŞ və Av­ro­pa təc­rü­bə­sin­də - on­la­rın rəs­mi mü­ra­ci­ət­lə­ri­nə, tə­ləb­lə­ri­nə dər­hal ca­vab ve­ril­mə­li­dir. Bu ba­xım­dan di­as­po­ru­muz Azər­bay­can hə­qi­qət­lə­ri­nin çat­dı­rıl­ma­sın­da da­ha bö­yük rol oy­na­ya bi­lər".


Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND