Azərbaycanda ŞOK HADİSƏ - Qadın “ACE”dən zəhərlənib öldü


15.05.2019 10:23
84
Azərbaycanda ŞOK HADİSƏ - Qadın “ACE”dən zəhərlənib öldü

Şamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib.


Ekspress.az xəbər verir ki, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.


İlkin araşdırma zamanı müəyyən edilib ki, S. Musayeva mayın 13-də yaşadığı evdə "ACE” kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib (qafqazinfo). Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib.


S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.


Ekspress,az

  • SON XƏBƏR
  • TREND