Yeni autoimmun xəstəlik tapıldı – Əzələləri sıradan çıxarır


03.05.2019 22:10
160
Yeni autoimmun xəstəlik tapıldı – Əzələləri sıradan çıxarır

Vaşinqton Tibb İntitutunun alimləri əvvəllər tibbə məlum olmayan, yeni autoimmune xəstəliyin aşkar edilməsi barədə məlumat yayıb. Bu xəstəlik əzələ zəifliyi və ağrıları ilə başlayır. 


Ekspress.az xəbər verir ki, yeni xəstəliyin ilk siqnalları hələ 1996-cı ildə tutulub. Belə ki, bir kişi pasiyentin əzələ toxumasının analizində əzələ liflərinin qistosidlər tərəfindən zədələndiyi aşkar edilmişdi. Bu hüceyrələr ziibldaşıyan hüceyrələr olur, patogen mikroorqanizmlər və ölmüş hüceyrələrin qalıqlarını məhv edir. 


Son 22 ildə bu patologiya ilə daha 3 pasiyent aşkarlanıb. Onlar əzələ ağrıları, zəiflikdən şikayətlənirdilər. 

Yeni sindrom autoimmune miopatiya adını alıb. Xəstəliyi nəhəng ölçüdə qistiositlər törədir. 


Xəstələrə immunmodelizə edən hormonal terapiya tətbiq olunub və uğurla nəticələnib. 


Alimlər bildirir ki, xəstəlik yeni olduğu üçün onu digər oxşaq əzələ xəstəlikləri, miopatiyalar ilə səhv salırlar. Dəqiq diaqnoz qoyulmadığından müalicə də baş vermir. Ona görə yaxın gələcəkdə xəstəliklər siyahısına bu sindrom da əlavə ediləcək.


Ekspress.az