Dövlətə xəyanətdə şübhəli bilinən şəxs həbs edildi - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.
DTX-nin İctimai əlaqələr şöbəsindən Ekspress.az -a verilən məlumata görə, müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.
Araşdırmalar zamanı A.Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.
A.Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ekspress.az
-
-
22.02 18:33
“Xocalıda cəmi 2 nəfər ölüb” xəbərini kim vermişdi... - Düyünlər ÇÖZÜLÜR
-
22.02 17:46
““Lavrov plan”ı tərəflərin heç biri tərəfindən qəbul olunmayıb” - Riçard Hoqland
-
22.02 17:08
ATƏT qaçqın və köçkünlərin problemlərinə lazımi diqqət ayırmır - Bahar Muradova
-
22.02 16:02
Rusiyalı ekspert - Ermənistan işğal etdiyi torpaqları Azərbaycana qaytarmalıdır
-
22.02 14:56
Diaspora Komitəsi Qarabağla bağlı mitinqdə iştirak etməyə çağırdı
-
22.02 14:48
ATƏT - Qarabağ münaqişəsinin həllində müsbət dinamikaya ümid yaranıb
-
22.02 14:41
Elçin Quliyev: "DSX-nin hərbi potensialı ciddi səfərbər olunub"
-
22.02 14:24
Deputatlar Əfqanıstanda həlak olmuş azərbaycanlılardan danışdılar
-
22.02 11:44
“Nikol Paşinyan danışıqlara gedən deyil” - Tofiq Zülfüqarov
-
22.02 09:35
Atəşkəs 22 dəfə pozulub
-
21.02 22:37
Tiflis işğalla barışmağa hazırdır - politoloq
-
21.02 21:00
Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verildi
-
21.02 17:51
Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüd artırılıb
-
21.02 16:26
ATƏT-də Xocalı məsələsi qaldırılacaq
-
21.02 16:15
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından iki il keçir
-
21.02 15:44
Azərbaycan Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib - FOTO
-
21.02 15:33
"Azərbaycan-Türkiyə münasibətləri öz qızıl dövrünü yaşayır" - Türkiyə Prezidentinin müşaviri
-
21.02 15:00
"Parlament seçkilərinin irəli çəkilməsinə ehtiyac görmürəm" - Ziyafət Əsgərov
-
21.02 12:05
“Neolit”dəki davanın səbəbkarı olan çeçen bloger terrorçuluqda təqsirləndirilir
-
21.02 11:19
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
-
-
-
19.02 17:14
"Prezidentdən xahiş edək ki, onları əfv etsin” - Qüdrət Həsənquliyev
-
17.02 10:37
"Sərəncamlar təhsildə motivasiyanı, rəqabət mühitini gücləndirəcək" - İlqar Orucov
-
17.02 20:23
Rüstəm İbrahimbəyov Bakıdadır - FOTOLAR
-
18.02 15:01
"Prezident Administrasiyasından mənə dedilər ki..." - Rüstəm İbrahimbəyov
-
16.02 16:30
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdü: Biz qardaşıq - VİDEO
-
19.02 14:44
"Kimlərsə müxtəlif yollarla bundan milyonlarla qazanc əldə edirlərmiş" - deputat
-
19.02 17:30
"Reklam mətnləri dövlət dilinin tələblərinə cavab vermir" - Əflatun Amaşov
-
19.02 14:07
Dünya Xocalıya ədalət istəyir
-
16.02 15:26
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif edilib
-
21.02 00:27
“Humanist addımlar Əli İnsanova da şamil oluna bilər” - deputat
-
19.02 19:59
Azərbaycan və çeçen rəsmiləri görüşdü - VİDEO
-
21.02 22:37
Tiflis işğalla barışmağa hazırdır - politoloq
-
19.02 22:25
"Bu qədər məntiqsiz xahiş görməmişdim" - deputat niyə təəccübləndi?
-
17.02 11:07
Novruzqabağı əfv: "Siyasi məhbus problemi"nə son qoyulacaq
-
20.02 12:25
"Çeçenistana səfər üçün zəmin yaranıb" - politoloq
-
19.02 17:51
"Həmin söyüşlər, təhqirlər onların özlərinə və ailələrinə aiddir" - deputat söyüş söyən müxalifətçilərə cavab verdi
-
19.02 18:05
"Azərbaycan Türkiyənin nailiyyətləri ilə qürur duyur" - Spiker
-
19.02 18:00
"Bu gün məhkəmədə vəkil heç kimdir" - Fazil Mustafa
-
19.02 19:44
Rüstəm İbrahimbəyov: "İlham Əliyev dedi: dayandırın bu rüsvayçılığı!"
-
18.02 14:50
Fuad Əliyev: Səsverməyə getməyən seçicilər cərimələnsinlər
-