"Miran"ın elə görüntüləri ortaya çıxdı ki... - FOTOLAR

17.09.2019 21:54
85
"Miran"ın elə görüntüləri ortaya çıxdı ki... - FOTOLAR

Son zamanlarda Türkiyə mətbuatında adı ən çox hallanan aktyorlardan biri olan Akın Akınözünün tələbə və yeniyetməlik dövründə çəkilən şəkilləri ortaya çıxıb.


“Hercai” serialında canlandırdığı Miran rolu sayəsində böyük populyarlıq qazanan Akın Akınözü jurnala verdiyi müsahibədə 50 kq arıqladığını etiraf edib. Aktyorun məktəb illərində çəkilmiş fotoları sosial şəbəkə yayılıb.


"Nə ən güclülər, nə də ki, ən ağıllılar, dəyişikliyə adaptasiya olanlar həyatda qala bilir. Dəyişikliyin gücünü ilk dəfə 120 kq-dan 70 kq-a düşəndə kəşf etdim", - deyə 120 kq çəkidən 70-ə düşən Miran qeyd edib.


Məlumat üçün bildirək ki, 29 yaşlı aktyor məşhur aktrisa Özlem Akınözünün oğludur.


Miran obrazı ilə qəlblərə yol tapan yaraşıqlı aktyor 1990-cı ilə Ankarada dünyaya gəlib. “Hercai” serialı ilə ulduzu parlayan aktyor Türkiyə mətbuatına verdiyi müsahibəsində etiraf edib ki, anasının davamlı səyləri nəticəsində kino və serial sektoruna qatılmağa qərar verib. Əslində isə Akın Akınözü tamamilə fərqli bir peşə üzrə təhsil alıb.


Məşhurun sözlərinə görə, aktyor olmağı heç vaxt arzulamayıb. Amerikada riyaziyyat məzunu olan A.Akınözü anasının təşviqi ilə peşəsini dəyişib. Akın Akınözünün anası onun konservatoriyaya daxil olmasını istəyib, amma oğlu riyaziyyatı seçib. Riyaziyyat üzrə magistr dərəcəsini bitirən Akınözü anasının təkidlərindən sonra kino sahəsinə atılmağa qərar verib.


Akınözü ilk dəfə “Möhtəşəm 100 il Kösem” serialında İvan xarakterini canlandırıb. Daha sonra “Arkadaşlar iyidir” və “Payitaht Abdulhəmid” seriallarında rol alıb.


"Miran"ın elə görüntüləri ortaya çıxdı ki... - FOTOLAR


"Miran"ın elə görüntüləri ortaya çıxdı ki... - FOTOLAR


Ekspress.az

  • SON XƏBƏR
  • TREND