Yanmış avtomobildə 5 cəsəd aşkarlandı

25.05.2019 12:15
48
Yanmış avtomobildə 5 cəsəd aşkarlandı

Meksikanın Miçoakan ştatında yanmış avtomobildə 5 cəsəd aşkarlanıb.


Ekspress.az xəbər verir ki,  yanan avtomobil barəsində məlumatı polisə Uruapan və Los-Reyes şəhərləri arasında hərəkət edən digər sürücülər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədlərdən ikisini avtomobilin salonunda, daha üç nəfərin yanmış meyitini isə yük yerində aşkarlayıb.


Meksikanın Baş Prokurorluğu cəsədlərin 80 faiz yandığını və onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizasına ehtiyac duyulduğunu açıqlayıb (unikal.org).


Məlumata görə, avtomobilin tapıldığı ərazinin yaxınlığında bir neçə gün əvvəl iki cinayətkar qrup arasında qarşıdurma olub. Nəticədə 10 nəfər öldürülüb, daha 3 nəfər yaralanıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND