ABŞ bütün diplomatlarını İraqdan çıxarır - SƏBƏB


15.05.2019 12:22
38
ABŞ bütün diplomatlarını İraqdan çıxarır - SƏBƏB

ABŞ əməliyyat xidməti ilə əlaqədar olmayan bütün hökumət məmurlarını, Bağdaddakı səfirliyin və Ərbildəki konsulluğun diplomatik heyətini İraqdan çıxarır.


Ekspress.az xəbər verir ki, məlumatı ABŞ-ın İraqdakı səfirliyi yayıb.

“Dövlət Departameni fövqəladə vəziyyətlə əlaqədar olmayan bütün dövlət qulluqçularının Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan çıxarılması barədə göstəriş verib”, - deyə səfirliyin rəsmi açıqlamasında vurğulanıb.


Müvəqqəti olaraq standart viza xidməti də dayandırlıb.


Qeyd edək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdadda yerləşir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND