Azərbaycan Avropa Oyunlarını 10-cu yerdə başa vurub

Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.
Ekspress.az xəbər verir ki, Azərbaycan millisi Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
Yarışın son günündə 36 dəst medal sahibini tapıb. Azərbaycan millisi bu gün hesabına 4 medal yazdırıb. Güləşçilərdən İslam Abbasov (87 kq) gümüş, Sabah Şəriəti (130 kq) bürünc medal əldə edib. Karateçi Rafael Ağayevlə (75 kq) Firdovsi Fərzəliyev (60 kq) də "gümüş"lə kifayətlənib.
Qeyd edək ki, Azərbaycan yığması "Minsk 2019"u 10-cu pillədə başa vurub. Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşaya bilib.
Medal sıralamasına Rusiya başçılıq edir. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi yenə şimallılar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk “üçlüy”ü qapayıb.
İlk “altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli - Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk “onluq”da qərarlaşıb.
Ekspress.az
-
-
21.10 15:05
Güləşçilərimiz beynəlxalq turnirdə iki medal qazandılar - FOTO
-
17.10 12:23
Daha bir boksçu rinqdə öldü (VİDEO)
-
17.10 09:00
Dünya çempionatının ilk günü - iki cüdoçumuz medal qazandı
-
14.10 11:32
Dennis Higler səhvini etiraf edib, üzr istədi
-
14.10 10:55
Məşqçimiz hakim biabırçılığı haqda: Bizə dedi ki...
-
14.10 10:36
Millimiz son dəqiqədə qol vurdu: Hakim saymadı - VİDEO
-
14.10 10:20
Millimiz Macarıstana uduzdu
-
12.10 11:53
Türkiyə çətin qələbə qazandı, İngiltərə uduzdu
-
12.10 09:36
Keçmiş çempion karyerasını dəyişdi - Başqa idmana keçdi
-
10.10 16:00
Millimizin türk məşqçisi istefaya göndərildi, rusiyalı gətirildi
-
10.10 09:50
Xorvatiya Macarıstanı, Slovakiya Uelsi qəbul edəcək - AFİŞA
-
09.10 18:47
“Barselona”dan ayrılmağı düşünürdüm” – Messi
-
09.10 16:57
"Zirə"yə yeni baş məşqçi təyin olundu
-
08.10 14:22
AFFA “Neftçi”ni cəzalandırdı
-
08.10 11:32
“Formula 1” üçün bilet satışına endirimlərə START
-
08.10 10:00
Teymur Rəcəbov İlham Əliyevə və Mehriban xanıma təşəkkür edib - FOTO
-
07.10 17:31
Erməni türk idmançını rinqdə boğub öldürmək istədi - VİDEO
-
07.10 16:40
"Fili tərpətmə, Teymur" şərhini yazan danışdı: "Trend olacağını bilirdim"
-
07.10 14:10
"Neftçi"nin futbolçusu milliyə dəvət olunub
-
07.10 11:31
Messi mövsümdə ilk qolunu vurub
-
-