"Xərçəngi yox edən dərmanı tapdıq" - İsrailli elm adamları

29.01.2019 19:44
327
"Xərçəngi yox edən dərmanı tapdıq" - İsrailli elm adamları

İsrailli bir qrup elm adamı bütün xərçəng növlərinə təsir edəcək bir üsul inkişaf etdirdiklərini iddia edərək müalicənin 1 il ərzində hazır olacağını açıqlayıblar. 


Ekspress.az xəbər verir ki, araşdırmanı aparan elm adamları "Müalicə üsulumuz, ilk gündən etibarən təsirini göstərəcək və bir neçə həftə tətbiq ediləcək. İndiki kimyaterapiya və s. kimi üsullara bənzəməyən bu yeni müalicədə demək olar ki, heç bir əks təsir görülməyəcək" deyiblər. (moderator.az)


Bütün müalicələrin xərçəng hüceyrələrinin müəyyən bir nöqtəsini hədəf aldığını bildirən mütəxəssislər bu hüceyrələrin mutasiya keçirərək immunitet yaratdığını da müəyyənləşdiriblər.

 

Açar sözlər: