AŞPA üzv ölkələrin qurumdan çıxarılmasını məhdudlaşdıran qətnamə qəbul edib


25.06.2019 13:55
121
AŞPA üzv ölkələrin qurumdan çıxarılmasını məhdudlaşdıran qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkələri quruma üzvlükdən çıxara, yaxud fəaliyyətini müvəqqəti məhdudlaşdıra bilməz.


Ekspress.az xəbər verir ki, qərar qurumun yay sessiyası çərçivəsində iyunun 25-də qəbul edilən "AŞPA-nın hakimiyyət və səsverməyə dair qərarvermə prosesinin gücləndirilməsi" adlı qətnamədə qeyd olunub. 


Sənəd belçikalı deputat Petra De Sutterin hesabatı əsasında 118 nəfər lehinə, 62 nəfər əleyhinə və 10 nəfər bitərəf qalmaqla qəbul edilib (report). Qətnaməyə təklif edilən 220 düzəlişin müzakirəsi bu gün günorta saatlarına qədər davam edib. 


Sənədə əsasən, AŞPA-ya üzv ölkələr etimadlarının yenidən nəzərdən keçirilməsi zəminində qurumdan uzaqlaşdırıla bilməzlər. Qətnamə Rusiyaya qarşı qəbul edilmiş sanksiyaların aradan qaldırılması və nümayəndə heyətinin geri qayıtmasına yol açır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND