Azərbaycan, Türkiyə və Gürcüstan birgə komanda qərargah təlimi keçirəcək

19.06.2019 13:44
55
Azərbaycan, Türkiyə və Gürcüstan birgə komanda qərargah təlimi keçirəcək

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı keçirilib.


Ekspress.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər (report).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND