Pərviz Şahbazov: OPEK+ əməkdaşlığını davam etdirmək lazımdır

17.03.2019 22:25
67
Pərviz Şahbazov: OPEK+ əməkdaşlığını davam etdirmək lazımdır

OPEK+ əməkdaşlığını davam etdirmək lazımdır.


Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "OPEK plus"un iclasının yekunları üzrə mətbuat konfransında deyib.


Nazir bildirib: "Neft bazarında hazırkı sabitlik və balansı nəzərə alaraq bizim əməkdaşlığı davam etdirmək və onu daha da gücləndirməkdən, gələcəkdə əməkdaşlığı uğurla davam etdirmək üçün əməkdaşlığa təkan verməkdən başqa yolumuz yoxdur (trend). Bunun üçün bizim bütün zəminlər var".


P.Şahbazov qeyd edib ki, Azərbaycan OPEK+ razılaşmasının yerinə yetirilməsində lap əvvəldən, 2016-ci ildən bəri həmişə fəal iştirak edib:


"Azərbaycan həmçini OPEK+ formatının yaradılmasında və vasitəçilik fəaliyyətində fəal iştirak edib".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND