Deputat: Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi

11.06.2019 13:29
44
Deputat: Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi

Müstəqilliyimizin ilk dövründə AXC-Müsavat cütlüyünün hakimiyyəti səriştəsiz idarə etməsi, vəziyyətdən öz mənafeləri üçün istifadə etməsi Azərbaycanı parçalanmaq və dünya xəritəsindən yox olmaq halına gətirmişdi.


Bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili İlham Məmmədov deyib.


İ.Məmmədov bildirib ki, AXC-Müsavat cütlüyü Azərbaycan gəncliyini belə öz şəxsi ambisiyaları üçün qurban verirdi:


“Belə bir ağır vəziyyətdə xalq ulu öndər Heydər Əliyevi təkidlə Azərbaycanı xilas etməyə çağırdı. Ulu öndər xalqın təkidli tələbindən sonra Bakıya döndü və qarşısıalınmaz bir məcraya gəlmiş qardaş qırğınının qarşısını aldı, Azərbaycanı parçalanmaqdan, yer üzündən silinməkdən, ayrı-ayrı qrupların hədəfinə çevrilməkdən xilas etdi.

Azərbaycana və xalqa olan sevgisi ulu öndərə qüvvət verdi ki, ölkəni bu bəladan xilas etsin (trend). 1993-cü il 15 iyunda Heydər Əliyev Milli Məclisin sədri seçildi. Xalq ulu öndərə böyük ümid bəsləyirdi və ümidləri reallığa çevrildi, ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, bütün sahələrdə quruculuq işləri başladı”.


Deputat vurğulayıb ki, Bakıya qayıtdıqdan sonra Heydər Əliyev xarici diplomatlarla görüşündə Azərbaycan həqiqətlərinı çatdırdı, ölkəmizi informasiya blokadasından çıxardı, bütün dünya reallıqlardan xəbər tutdu:


"Ümummilli lider xalqımızın rifahı, ölkəmizin hərtərəfli inkişafı üçün konseptual plan hazırladı. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilib, Azərbaycan həqiqətləri artıq bütün dünyada qəbul olunur”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND