Çempionlar Liqasında yarımfinal oyunlarının vaxtı açıqlanıb


18.04.2019 14:25
208
Çempionlar Liqasında yarımfinal oyunlarının vaxtı açıqlanıb

Çempionlar Liqasında yarımfinal oyunlarının vaxtı açıqlanıb. 


Ekspress.az xəbər verir ki, "Tottenhem" (İngiltərə) - "Ayaks" (Hollandiya) komandaları arasındakı ilk oyun aprelin 30-da Londonda, cavab oyunu isə mayın 8-də Amsterdamda keçiriləcək. 


Yarımfinalda iştirak edən ikinci cütlük - "Barselona" (İspaniya) və "Liverpul" (İngiltərə) komandalarının birinci dueli mayın 1-də Barselona şəhərində, cavab oyunu isə mayın 7-də təşkil olunacaq (report). 


Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də Madriddəki Vanda Metropolitano stadionunda olacaq.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND