Minimum əməkhaqqı davamlı artırılacaq

11.02.2019 17:03
164
Minimum əməkhaqqı davamlı artırılacaq

Azərbaycanda minimum əməkhaqqının artırılması bundan sonra da davam etdiriləcək. Ekspress.az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib.


Ə.Məhərrəmovun sözlərinə görə, beynəlxalq təcrübədə əmək haqlarının paket şəkilində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir:


"Minimum əməkhaqqının artırılması qeyri- rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır. Bu zaman əməkhaqqının qeyri-rəsmi verilən hissəsi rəsimləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əmək haqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxil olmalar azalır. Büdcəyə daxilolmalar artıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır" (Fins.az).


Ə.Məhərrəmov qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlərin işçilərə öz mövcud imkanlarından daha az əməkhaqqı vermələri düzgün deyil:


“Minimum əməkhaqqının iqtisadi imkanlarından uyğun olmayan, bunun aşağı olmasından istifadə edən işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əməkhaqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İqtisadiyyatın bir çox sahələrinə müsbət təsirini göstərəcək. Bununla da işçi özünün pensiya təminatı üçün pensiya kapitalının toplanmış olacaq ki, gələcəkdə onun pensiyası yüksək məbləğdə tənzimlənəcək".


Şöbə müdiri bildirib ki, zamanla əmək haqqının real səviyyəyə uyğunlaşması təmin olunacaq:


“Bu yenilik özəl sektorlarda çalışan ən azı 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha da geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquq şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqları minimum əməkhaqlarına uyğun veriləcək".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND