“Neftçi” “Arsenal"ı darmadağın ETDİ

01.08.2019 23:58
193
“Neftçi” “Arsenal"ı darmadağın ETDİ

“Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.


Ekspress.az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubunu mübarizədən kənarlaşdırmaqla buna nail olub.


Azərbaycanın ən titullu komandası ötən həftə səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Tula təmsilçisinə cavab görüşündə də qalib gəlib. “Neftçi” doğma “Bakcell Arena”da rəqibini darmadağın edərək 3:0 hesablı qələbə qazanıb.


Qarşılaşmadakı qollara Rauf Əliyev, penaltini dəqiq yerinə yetirən Dario Frederiko və Mamadu Mbodj imza atıb.

 

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə görüşəcək. Bu oyunlar avqustun 8-də və 15-də keçiriləcək. (unikal)


Ekspress.az