Bakıda Şirvanşahlar dövrünə aid abidə dağıdıldı


05.09.2019 11:35
220
Bakıda Şirvanşahlar dövrünə aid abidə dağıdıldı

Bakının Xəzər rayonunda yerləşən tarixi abidə özəl şirkət tərəfindən dağıdılıb.


Ekspress.az -ın məlumatına görə, bu barədə şəkillər sosial şəbəkələrdə yayılıb.


Məlumata görə, Bakının Xəzər rayonunda yerləşən Kələzağ qədim yaşayış məntəqəsində XVI əsrə, son Şirvanşaha aid olduğu güman edilən məscid-məqbərə özəl şirkət tərəfindən yerlə-yeksan edilib. Avqustun 30-da sökülən abidənin daşlarının hara atıldığı da məlum deyil. 


Məsələ barədə Oxu.Az-a açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, Xəzər rayonu, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yerləşən, tarixi mənbələrdə Kələzağ adlandırılan "Qışlaq yaşayış yeri"nin dağıdılması barədə daxil olmuş məlumata əsasən, əməkdaşlarımız abidəyə baxış keçiriblər: "Baxış zamanı yaşayış yerinin ərazisində yerləşən qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən olunub."


Qeyd edək ki, Kələzağ qədim yaşayış məntəqəsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunun daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.


Xəzər rayonunda tarixi abidə dağıdıldı -FOTOLAR


Xəzər rayonunda tarixi abidə dağıdıldı -FOTOLAR


Xəzər rayonunda tarixi abidə dağıdıldı -FOTOLAR

Xəzər rayonunda tarixi abidə dağıdıldı -FOTOLAR


Xəzər rayonunda tarixi abidə dağıdıldı -FOTOLAR


Ekspress.az

Açar sözlər: