İlham Əliyev tələbələr üçün Prezident təqaüdünü artırdı

14.02.2019 17:40
230
İlham Əliyev tələbələr üçün Prezident təqaüdünü artırdı


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Ekspress.az xəbər verir ki, sənədə əsasən, ali məktəb tələbələri üçün Prezident təqaüdü 185 manatdan 210 manata qədər artırılıb.


Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND