Maduro Quaidonun müavinini tutdurdu

09.05.2019 16:24
49
Maduro Quaidonun müavinini tutdurdu

Venesuela müxalifətinin lideri Xuan Quaidonun müavini, parlamentin vitse-spikeri Edqar Sambrano SEBİN kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.


Ekspress.az xəbər verir ki, o, aprelin 30-da dövlət çevrilişinə cəhdin təşkilində ittiham olunub.

Prezident Nikolas Maduro SEBİN-in eks-rəhbəri Manuel Fiqerunu da ordudan xaric edib. Onunla bərabər, daha 54 hərbçi silahlı qüvvələrdən qovulub (Axar.az ). Onlardan 19-nun müxtəlif rütbəli zabit, 35-nin isə çavuş olduğu vurğulanıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND