• 25 °C Bakı
  • 21 °C Quba
  • 27 °C Gəncə
  • 26 °C Yevlax
  • 27 °C Naxçıvan

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu 100 min manat müəyyən edilib


19.04.2019 17:56
68
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu 100 min manat müəyyən edilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu 100 min manat müəyyən edilib.


Ekspress.az xəbər verir ki, bu, Prezidentin fərmanı ilə təsdiq edilən “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi”ndə əksini tapıb.


Sənədə əsasən, Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitdən formalaşır.


Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra özünün, idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir (report).


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyil.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND