Tereza Mey mayın 24-də istefa verəcək


23.05.2019 09:19
214
Tereza Mey mayın 24-də istefa verəcək

Böyük Britaniyanın baş naziri Tereza Meyin mayın 24-də istefa verəcəyi gözlənilir.

Ekspress.az xəbər verir ki, belə bir iddianı "Times" qəzeti irəli sürüb. Bildirilir ki, Meyin istefaya getməsinə səbəb hökumətin onun Britaniyanın Avropa İttifaqından çıxmasının reallaşdırılması məsələsində tutduğu mövqeyi qəbul etməməsidir (azvision).


Qəzetin məlumatına əsasən, baş nazir 1922 Komitəsinin rəhbəri Qrem Breydi ilə görüşdən sonra istefasını elan edə bilər.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND