Qlobal neft təklifi azalır, alışsa artır

15.05.2019 12:57
72
Qlobal neft təklifi azalır, alışsa artır

Qlobal neft təklifi apreldə mart ayı ilə müqayisədə orta hesabla 300 min barrel azalaraq gündəlik 99 milyon 330 min barrelə düşüb.


Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.


Hesabata görə, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdə isə hasilat 370 min barrel geriləyərək sutkada 63 milyon 550 min barrel olub.


Cari ildə qlobal neft tələbatının sutkada 100,4 milyon barrelə yüksələcəyi nəzərdə tutulur.


IEA neft bazarına dair aylıq hesabatında deyilir ki, 2019-ci ildə qlobal neft tələbatı 1 milyon 300 min barrel artaraq sutkalıq orta hesabla 100 milyon 400 min barrel təşkil edəcək.


EIA-a görə, bu il neftə olan gündəlik tələbatda 35 milyon 500 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq (Azərtac). Sonrakı yerlərdə isə 32 milyon 200 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND