Maduro ABŞ diplomatlarını ölkədən qovur: 72 saat vaxt verdi - FOTO

24.01.2019 01:05
263
Maduro ABŞ diplomatlarını ölkədən qovur: 72 saat vaxt verdi - FOTO

Cənubi Amerika ölkəsi olan Venesuelanın prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın müxalifət lideri, parlamentin sədri Xuan Quaydonun "müvəqqəti prezident" olduğunu qəbul etməsindən sonra ABŞ ilə bütün əlaqələri kəsdiyini açıqlayıb.


Ekspress.az "hurriyet.com.tr"yə istinadla xəbər verir ki, Maduro ölkənin paytaxtı Karakasda müxalifətin təşkil etdiyi nümayişlərə qarşı prezident sarayı qarşısında toplanan tərəfdarları qarşısında çıxış edərək ABŞ ilə bütün siyasi və diplomatik əlaqələri kəsdiyini bəyan edib.


Maduro Amerika Birləşmiş Ştatlarının ölkədə qanuni hökumətə qarşı bir zərbə təşkil etdiyini bildirərək, bütün Amerika diplomatlarına ölkədən ayrılmaq üçün 72 saat verib.


Maduro xalqa müraciətində "Türkiye Cumhurbaşqanı məni aradı. Türkiyə xalqı Venesuela xalqının yanındadır. Bu gün tarixi bir gündür” deyib.


Qeyd edək ki, ABŞ prezidenti Tramp Venesuelada mövcud vəziyyəti qiymətləndirərək "Tvitter"də belə bir şərh yazıb: "Bu gün Venesuela parlamentinin sədri Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi rəsmən tanıyıram. Prezidentin kreslosu artıq boş deyil" - yazan Tramp Venesuelada demokratiyanın bərpası üçün ABŞ-ın siyasi və iqtisadi gücünü istifadə edəcəyini ifadə edib və Qərb ölkələrinin liderlərini Quaydonu tanımağa çağırıb.


Xatırladaq ki, Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydonun təşkilatçılığı ilə ölkə prezidentinə qarşı mitinq başlayıb.


AQİL

Son dakika Gerilim yükseliyor... Maduro süre verdi

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND